“Əsgər Andı”nda bu həftə: ön cəbhədə xidmət edən hərbçilər və tankçılar – VİDEO / FOTO

“Lider TV”də hər həftənin bazar günü efirə çıxan “Əsgər Andı” hərbi-vətənpərvərlik proqramının 6-cı buraxılışı yayımlanıb.

Yanvarın 15-də Anar Şuşalının təqdimatında efirə getmiş verilişdə Füzuli və Cəbrayıl rayonlarında 2016-cı ilin aprel ayında düşmən işğalından azad edilmiş ərazilərdə səngərdə dayanan əsgərlərimiz və onlara arxa dayaq duran tankçılarımızdan bəhs edilir. Ön xətdə xidmət edən hərbçilərlə müsahibələr yer alır.

Bundan başqa “Arsenal” rubrikasında Türkiyədə istehsal olunan “Altay” tankı və Azərbaycanın silah mühəndisləri tərəfindən hazırlanan İST-14.5 “İstiqlal” snayper tüfəngindən geniş danışlıb. Milli Qəhraman rubrikasında isə Şikar Şikarovun döyüş yolunu danışıb göstərilib.

https://www.youtube.com/watch?v=uxRkuBUR_NU&t=9s

Qeyd edək ki, proqramın media dəstəyi qismində www.AzeriDefence.com saytı çıxış edir.

KATEQORIYA:
Bu xəbəri paylaş