“Əsgər Andı”nda ötən həftə nələr oldu? – FOTO/VİDEO

“Lider TV”də hər həftənin bazar günü efirə çıxan “Əsgər Andı” hərbi-vətənpərvərlik proqramının 9-cu buraxılışı yayımlanıb.

Fevralın 5-də Anar Şuşalının təqdimatında efirə getmiş “Əsgər Andı” proqramında bu dəfə cəbhə xəttində xidmət edən əsgərlərlə görüşülüb. “Arsenal” rubrikasında isə Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal olunan və dünya müdafiə sisteminə qəbul olunmuş “Mühafiz” topu haqqında geniş süjet efirə verilib. Bu sistemin taktiki-texniki xarakteristikalarından bəhs edilib.

https://www.youtube.com/watch?v=Wh8Hb_rKO4E

“Milli Qəhramanlar” rublikasında isə şəhid Pərviz Səmədovun döyüş yoluna nəzər salınıb.

Qeyd edək ki, proqramın media dəstəyi qismində www.AzeriDefence.com saytı çıxış edir.

KATEQORIYA:
Bu xəbəri paylaş