“Əsgər andı”nda ötən həftə – ordumuzun artilleriya bölmələri – VİDEO – FOTOLAR

“Lider TV”də hər həftənin bazar günü efirə çıxan “Əsgər Andı” hərbi-vətənpərvərlik proqramının 14-cü buraxılışı yayımlanıb.

Martın 5-də Anar Şuşalının təqdimatında efirə getmiş “Əsgər Andı” proqramı bu dəfə arxa mövqelərdə dayanıb daim düşmən üzərində öz gücünü göstərən artileriya bölmələrinə həsr olunub. Verilişdə özüyeriyən haubitsaların və yaylım atəşli reaktiv artilleriya bölmələrinin döyüş qabliyyəti təqdim edilib.

“Arsenal” bölməsində isə qardaş Türkiyənin ASELSAN şirkəti tərəfindən Türkiyə Silahlı Qüvvələrinin aşağı hündürlükdə havadan müdafiə ehtiyaclarını qarşılamaq üçün hazırlanmanmış “Qorqud” özüyeriyən zenit top kompleksinin imkanları göstərilib. “Milli Qəhrəmanlar” rubrikasında isə Şövqiyar Abdullayevin döyüş yoluna nəzər salınıb.

https://www.youtube.com/watch?v=0JzMODQ_YVg

Qeyd edək ki, proqramın media dəstəyi qismində www.AzeriDefence.com saytı çıxış edir.

KATEQORIYA:
Bu xəbəri paylaş