ASELSAN düşməni uzaqdan dinləmək üçün SƏSAL adlı sistem hazırlayıb

Türkiyənin ASELSAN şirkəti səs mənbələrinin yerini və istiqamətini təsbit edə və dinləyə bilən sistem hazırlayıb.

ASELSAN şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, SƏSAL (SESAL) adlı bu sistem hərbi, mülki və sənaye sektorunda tətbiq üçün xüsusi olaraq dizayn edilib.

SƏSAL vasitəsi ilə minimum 10 metrdən maksimum uzaqlığa qədər səs qaynaqlarını dinləmək mümkündür. Sistem 256-ya qədər mikrofondan alınan məlumatı eyni zamanda işləyə, fərqli istiqamətlərdəki 5 səs mənbəyinə eyni zzmanda yönləndirilə və dinləmələri qeyd edir. SƏSAL dinləmə zamanı ətrafdakı gurultuları və digər artıq səsləri təmizləyə bilən xüsusi alqoritmlərə sahibdir. İstehsalçı şirkətin açıqladığı məlumatlara görə, sistem 24 saat fasiləsiz çalışma imkanına malikdir. Bundan başqa, yüksək dəqiqlikli kamera vasitəsi ilə görüntü üzərindən seçilən mənbənin istiqamətində dinləmə həyata keçirməyə imkan verir.

240-8000 Hz tezlikdə çalışa bilən SƏSAL-ın çəkisi 50 kq, akustik qəbuletmmə sahəsi yana və hündürlüyə doğru 90 dərəcədir. SƏSAL orduda uzaq məsafədən düşmənin danışıqlarını, hərbi texnikaların hərəkətini onların səsinə əsasən qeydə almağa imkan verir.

asses

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş