Eston şirkəti Bakıda SMARTDEC sərhəd mühafizə sistemini təqdim edir

Estoniyanın İT, o cümlədən hərbi və təhlükəsizlik sektoru üçün müxtəlif sensorların istehsalını həyata keçirən DEFENDEC şirkəti Azərbaycan bazarına çıxmağa hazırlaşır. Bu barədə “AzeriDefence.com” saytına Bakıda keçirilən “BakuTel-2012” sərgisində təmsil olunan Estoniya milli pavilyonundan məlumat verilib.

DEFENDEC şirkətinin sərgidə təqdim etdiyi Smartdec qarovul monitorinq sistemi meşə və digər yaşıllıq sahələrdə hədəfləri aşkar etməyə imkan verir. Bu sistem həm də dağlıq və səhra şəraitində özünü doğruldub. Simsiz sistem və uzun müddət istifadə oluna bilən batareya ilə qidalanan sensorlar sərhəd yolları və sahələri boyunca ağaclar arasında izləməni təşkil etməyə imkan yaradır.

Smartdec yaşıl sərhədlərə nəzarət, qaçaqmalçılığın qarşısının alınması, sərhəd pozucularının aşkar olunması və s. ilə yanaşı müdafiə sahəsində kəşfiyyat məlumatlarının toplanması kimi missiyalarda istifadə oluna bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş