Estoniya ABŞ-dan “Javelin” kompleksinin növbəti partiyasını alıb

Estoniya ABŞ-dan “Javelin” kompleksinin növbəti partiyasını alıb

Estoniya ABŞ-dan “Javelin” tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksinin növbəti partiyasını alıb.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, tərəflər arasında imzalanmış müqavilə çərçivəsində ABŞ Estoniya Müdafiə Nazirliyinə və Estoniya Müdafiə Qüvvələrinə 128 ədəd “Javelin” TƏİR kompleksi təhvil verib.

ABŞ son bir neçə ildə Estoniyaya 100 milyon dollardan çox məbləğdə silah-sursat ixrac edib. Bundan əvvəl, 2014-cü ildə imzalanmış 55 milyon dollar dəyərində müqavilə çərçivəsində Estoniya ABŞ-dan 120 “Javelin” komanda-işəsalma qurğusu (CLU), 16 ədəd simulyator, 350 ədəd idarə olunan raket, 102 ədəd təlim raketi satın alıb.

Qeyd edək ki, “Javelin” daşınabilən tank əleyhinə raket kompleksi zirehli texnika, həmçinin helikopter və pilotsuz uçuş aparatlarının məhv edilməsi üçün nəzərdə tutulur.

“Javelin” kompleksinin çəkisi 22.3 kq, uzunluğu 1.3 metr, çapı 127 mm, atış məsafəsi 2500-4750 metr təşkil edir. 8.4 kq ağırlığında tandem-kumulyativ döyüş başlığına malik raket 600-800 mm qalınlığında zirehi dəlməyi bacarır.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş