Estoniya iki yeni patrul kateri alır

Estoniya iki yeni patrul kateri alır

Estoniyanın Müdafiə Nazirliyi dörd illik inkişaf planı çərçivəsində yerli “Baltic Workboats AS” şirkətindən 2 ədəd zirehli patrul kateri almağı planlaşdırır.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Estoniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Patrul katerlərinin əsas funksiyası, Estoniyaya səfər edən NATO və tərəfdaş ölkələrin gəmilərinin dənizdə və limanlarda qorunmasını təmin etmək olacaq.

Patrul katerlərinin uzunluğu 18 metr, maksimal sürəti 30 düyündür. İki ədəd 12,7 mm çaplı pulemyotla silahlandırılacaq katerlərin inşasının ilin sonuna qədər tamamlanması və 2021-ci ildə Hərbi Dəniz Qüvvələrinə verilməsi planlaşdırılır. Müqavilənin dəyəri 3,9 milyon avro qiymətləndirilir.

“Baltic Workboats AS” tərəfindən bənzər katerlərin Oman polisi üçün də inşası nəzərdə tutulur.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş