Estoniya Ordusu “Volvo FMX” yük maşınları alıb

Estoniya Ordusu “Volvo FMX” yük maşınları alıb

Estoniya Müdafiə Qüvvələri yeni universal “Volvo FMX” yük maşınları alıb.

Bu barədə “AzeriDefence” Estoniya Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Satınalma Estoniya Müdafiə İnvestisiya Mərkəzi (ECDI) tərəfindən həyata keçirilib.

İsveçdə istehsal olunmuş nəqliyyat vasitəsinin bütün aksesuarları və üst quruluşu Estoniyada “Volvo Trucks Estoniya” şirkəti və “Pro Lift OÜ” şirkəti tərəfindən hazırlanıb. Şirkətlər nəqliyyat vasitələri üçün özünü qaldıran və dəyişdirilə bilən korpuslar və konteynerləri işlətmək üçün cihaz hazırlayıblar.

Müdafiə naziri Jüri Luik bildirib ki, bu konteyner yük maşınları Estoniya Müdafiə Qüvvələrinə lazım olan 65 tona qədər bütün yükləri nəql etməyə imkan verir.

Ötən ilin avqust ayında imzalanmış satınalma müqaviləsinin ümumi həcmi təxminən 6,9 milyon avrodur. Müqavilə çərçivəsində ilk iki nəqliyyat vasitəsi bu ilin fevral ayında Estoniya Müdafiə Qüvvələrinə təhvil verilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş