Estoniya yeni istiqamətləndirilmiş tank əleyhinə mina istehsal edib

Estoniyanın “Eesti Arsenal” şirkəti yeni istehsal etdiyi istiqamətləndirilmiş tank əleyhinə minanı nümayiş etdirib.
“AzeriDefence”nin “Jane’s”ə istinadən verdiyi məlumatına görə, RK-14 adlanan mina Londonda keçirilən müdafiə sənayesi sərgisində nümayiş olunub.

Şirkət rəsmiləri bildiriblər ki, adıçəkilən minanın hazırlıqlarına 2014-cü ilin dekabr ayında başlanılıb. 2015-ci ilin mart-iyun aylarında isə sınaq mərhələsini tamamlayıb. Minanın ilkin hissəsi artıq Estoniya Ordusuna təhvil verilib.

Məlumatda o da qeyd olunub ki, RK-14-ün diametri 16 sm, qalınlığı isə 11 sm-dır.

1,5 kq çəkisində olan minanı müxtəlif vəziyyətlərdə istənilən yerə qoymaq olar.

Hazırda mina optik nişangahla təchiz olunub. Gələcəkdə isə RK-14-ün lazer və termal nişangahla da təchiz olunacağı nəzərdə tutulub.

Mina kabel və radiosiqnalla da işləyir.

RK-14 50 mm qalınlığında polad zirehi deşə bilir. Minanın məhvetmə məsafəsi isə 150 m-dir.

KATEQORIYA:
Bu xəbəri paylaş