“Eurocopter” Albaniyanın sifarişi üzrə ilk helikopterin sınaqlarına başladı

“Eurocopter” Albaniya Silahlı Qüvvələrinin sifariş verdiyi ilk AS532AL “Cougar” tipli helikopterin sınaq uçuşlarına başlayıb. “Eurocopter” 2009-cu ilin dekabr ayında Albaniyadan 78.6 milyon Avro dəyərində helikopterin çatdırılmasına dair sifariş alıb. Müqavilə çəçivəsində nəzərdə tutulan 5 helikopter 2013-cü ilə qədər sifarişçiyə çatdırılmalıdır.

“Cougar” Soyuq Müharibədən sonra Albaniya Müdafiə Nazirliyi tərəfindən birinci yeni helikopter alınmasıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş