“Eurofighter” təyyarələri “Captor-M” radarları alır

“Eurofighter GmbH” şirkəti “Typhoon” döyüş təyyarələrini “Captor-M” bort radiolokasiya və radioelektron müdafiə sistemi (RDSS- Radar and Defensive Aids Sub System) ilə təchiz edəcək.

“AzeriDefence”nin məlumatına görə, “BAE Systems” şirkəti ilə imzalanmış müqavilənin dəyəri 100 milyon avrodur. Müqavilənin icrasına 2016-cı ilin iyul ayında başlanacaq.

“Captor M” radarı “hava-hava” sinifli raketlərinin trayektoriyasını və “hava-səth” raketlərini izləməyə imkan verir. RDSS sistemi uçuç aparatlarının təhlükəsizliyini təhdid edən hədəflərə reaksiya verir və onlara görə elektron əks-tədbirləri tətbiq edir.

KATEQORIYA:
Bu xəbəri paylaş