Eurofighter Typhoon döyüş təyyarəsində Meteor BVRAAM raketinin atışı test edilib

Kompleks uçuş sınaqları çərçivəsində Eurofighter Typhoon döyüş təyyarəsində “hava-hava” sinifli böyük uzaqlığa malik Meteor BVRAAM (Beyond Visual Range Air-to-Air Missile) raketi işə salınıb. Bu barədə “AzeriDefence” BAE Systems şirkətinin saytına istinadən məlumat verib.

Raket təyyarənin arxa fyüzelyajının altında qurulan buraxıcıdan atılıb. Rakerin işə salınması uğurla həyata keçirilib.

Sınaqlar dekabrın 4-də Böyük Britaniyada QinetiQ və MBDA poliqonunda keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş