Eurofighter Typhoon P1Eb proqramında son mərhələyə gəldi

Eurofighter Typhoon Phase 1 Enhancements proqramında son mərhələyə keçib. “AzeriDefence”nin şirkətin saytına istinadən verdiyi məlumata görə, artıq proqram üzrə sınaqlar başlanıb və sifarişçilərə çatdırılma 2013-cü ilin sonuna kimi təyin olunub.

Paketə Eurofighter Typhoon-a “hava-yer” sistemin tam inteqrasiyası daxildir (üstəlik lazer təyinetmə qurğusu), tam lazer (ya televiziya) təyinetmə bombalarının inteqrasiyası, qabaqcıl IFF sistemi (Mode 5 kimi də tanınır), yaxşılaşdırılmış radio və məlumatın səslə daxil edilməsi sistemi, dəbilqəyə inteqrasiya edilmiş “hava-yer” görüntü sistemi və s.daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş