“Eurofighter Typhoon” təyyarəsində “Brimstone” raketlərinin sınaqları tamamlanıb

“Eurofighter GmbH” şirkətinin istehsalı olan “Eurofighter Typhoon” döyüş təyyarəsinə “Brimstone” raketlərinin inteqrasiyası üçün keçirilən testlər uğurla tamamlanıb.

“AzeriDefence”nin “Eurofighter” şirkətinə istinadən verdiyi məlumata görə, testlər zamanı “Eurofighter Typhoon” təyyarəsindən buraxılan raket hədəfi dəqiqliklə vurub.

“BAE Systems” şirkətinin Böyük Britaniyanın Lankaşirdakı aviasiya poliqonunda cari ilin iyul ayından bəri aparılan sınaqlarında 9 raket atışı keçirilib. Raket təyyarənin qanadı altında müxtəlif yüksəkliklərdə və sürətdə test edilib.

Məlumatda o da qeyd olunub ki, sınaqların məqsədi raketin operativ olaraq təyyarəyə inteqrasiyasını təmin etməkdir.

“Brimstone” “hava-yer” tipli raketlər Böyük Britaniya Hərbi Hava Qüvvələrənin sifarişi ilə MBDA şirkəti tərəfindən istehsal olunub. 50 kiloqram ağırlığında olan raketin uzunluğu 180 sm təşkil edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş