F-15 pilotları JHMCS II/h şlemi ilə uçacaq

Boeing şirkəti yeni nəsil Taxılıb Çıxarılan Şlem Aşkaretmə Sisteminin – JHMCS II/h (Joint Helmet Mounted Cueing System II/h) F-15 “Silent Eagle” təyyarəsinə inteqrasiyasını tamamlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Boeing şirkəti məlumat yayıb.

Sistemin hazırlanması çoxtəyinatlı reaktiv təyyarənin inkişafı layihəsi çərçivəsində həyata keçirilib. JHMCS II/h pilota sensorları və silahı onun baxdığı istiqamətə tuşlamaq imkanı verir. Vision Systems International (VSİ) tərəfindən hazırlanan sistem çox erqonomik və etibarlıdır. Bu yaxınlarda Sent Luis bazasında gerçəkləşən uçuşda sistemin üstünlükləri göstərilib.

KATEQORIYA:
Bu xəbəri paylaş