F-22 pilotlarının oksigen çatışmazlığından zəhərlənməsi təsdiqin tapır

Lockheed Martin şirkətinin istehsal etdiyi F-22 döyüş təyyarələrində pilotların oksigen çatışmazlığından əziyyət çəkmələri və zəhərlənmələri barədə açıqlanan faktlar öz təsdiqini tapmaqdadır. “AzeriDefence”nin məlumatına görə, F-22 hava döyüş qrupu rəhbəri polkovnik-leytenant Tadd Sholtis “Air Force Times” jurnalına verdiyi açıqlamada məlumatları təsdiqləyib.

Pilotların sözlərinə görə, yüksəkliyə qalxan pilotları oksigenlə təmin edən OBOGS (On Board Oxsygene Generating System) kifayət qədər oksigen verə bilmir.

Başqa ehtimala görə, sistemə mühərrikdən kimyəvi qaz dolur. İşin maraqlı tərəfi isə budur ki, elm adamları 2010-cu ildən bəri bu problemi həll edə bilmir.

Qeyd edək ki, bir neçə gün əvvəl iki F-22 Raptor pilotu – mayor Jeremy Gordon və kapitan Josh Wilson pilot uniformasında CBS telekanalına çıxaraq həyatlarının təhlükədə olduğun bəyan ediblər.

Hazırda ABŞ Hava Qüvvələrində 200 nəfər F-22 pilotu var. Bu günədək 195 ədəd F-22 Raptor istehsal edilərək ABŞ Hava Qüvvələrinə təhvil verilib

KATEQORIYA:
Bu xəbəri paylaş