“Falco Xplorer” ilk uçuşunu edib

“Falco Xplorer” ilk uçuşunu edib

“Leonardo” şirkəti yeni “Falco Xplorer” pilotsuz uçuş aparatının ilk uçuşunu keçirib.

“Leonardo” şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, S/N0001 nömrəli birinci “Falco Xplorer” pilotsuz uçuş aparatı (PUA) yanvarın 15-də İtalliya Hərbi Hava Qüvvələrinin Trapani bazasından havaya qalxaraq təxminən 60 dəqiqə müddətində uçuş edib.

Havada 24 saat qala biləcək PUA maksimum 350 kq faydalı yükə sahibdir. Bundan sonra PUA-nın inteqrasiya edilmiş sensor sistemi daxil olmaqla, imkanlarını qiymətləndiriləcək.

PUA-nın maksimum uçuş çəkisi 1,3 ton, uçuş tavanı 24 000 futdan (7315 metr) çoxdur.

Qeyd edək ki, əvvəlki “Falco” PUA-ları BMT və FRONTEX agentliyi tərəfindən seçilib. PUA “Gabbiano T-80” çox rejimli nəzarət radarı, SAGE elektron kəşfiyyat sistemi, dəniz missiyaları üçün avtomatik identifikasiya sistemi və Elektro-Optik (EO) modulla təchiz olunur.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş