FELİN üçün hazırlanmış ilk döyüş maşını təhvil verilib

Fransanın Müdafiə Satınalmaları Agentliyi (DGA) yanvar ayında FELIN (Fantassin a Equipements et Liaisons Integres) təchizatlı hərbçilərin daşınması üçün uyğunlaşdırılmış birinci VBCI adlı piyadaların döyüş maşınını Quru Qoşunlarına çatdırıb. Bu barədə “AzeriDefence” xarici hərbi saytllara istinadən məlumat verib.

VBCI zirehli avtomobilləri Nexter və Renault şirkətlərinin ortaq müəssisəsində yığılıb. PDM-in akkumulyatorları FELIN təchizatı nın yükləməsi üçün uyğunlaşdırılıb. Həmçinin müasir əlaqə vasitələriylə və başqa avadanlıqla təchiz edilib. 8×8 təkər formuluna malik VBCI-yə tam təchizatlı 11 hərbi qulluqçu yerləşir. Maşının silahlanmasına 25 mm-lik top daxildir.

FELIN fransız döyüş təchizatı Sagem başda olmaqla 25 şirkət tərəfindən hazırlanır. Təchizat dəstinə silah, döyüş sursatları, zireh, iki ekranlı və mikrofon malik qoruyucu dəbilqə, portativ kompüter, həmçinin naviqasiya və əlaqə vasitələri daxildir. Bundan başqa, təchizata içməli su sistemi, akkumulyator batareyaları birləşdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş