Fevralda 200 ədəd Modern Piyada Tüfəngi test üçün Türk ordusuna veriləcək

Türkiyənin Milli Modern Piyada Tüfəngi (MPT) layihəsi çərçivəsində Makina və Kimya Sənayesi Qurumu (MKE) tərəfindən istehsal edilmiş 200 ədəd avtomat fevralın sonlarında test atışları üçün orduya veriləcək. Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

Test atışları müxtəlif bölgələrdə keçiriləcək və nəticələr əsasında növbəti istehsal partiyalarında təkmilləşmələr aparılacaq.

Türk mətbuatında “Mehmetçik-1” adlandırılan, 5.56×45 mm çaplı partonlardan istifadə edən tüfəngin çəkisi 3.60 kq, atış mənzili lüləsinin uzunluğuna görə 350-750 metrdir.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi MPT layihəsində iştiraka dair niyyət protokolu imzalayıb. 2013-cü ilin may ayında İstanbulda keçirilən İDEF-2013 hərbi sərgisində silahın ilk nümunəsinin Azərbaycanın müdafiə və müdafiə sənayesi nazirləri üçün təqdimatı keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş