FHN-də ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüş olub

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanvarın 25-də ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayı qəbul edib. Nazirliyin yaydığı məlumata görə, görüş zamanı K. Heydərov Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyət istiqamətləri, strukturu və xarici dövlətlərin müvafiq qurumları ilə qurduğu əməkdaşlıq əlaqələri barədə məlumat verib. FHN və ATƏT arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluğunu bildiri. Nazir neft dağılmalarına qarşı hazırlıq sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

K. Tarqay da öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və hər iki qurum arasında davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini qeyd edib.

Görüşdə FHN ilə ATƏT arasında əməkdaşlığın hazırki vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş