FHN DYMX-nin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb

FHN DYMX-nin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başlayıb.

Bu barədə Azeri Defence saytına Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Artıq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsi Füzuli şəhərində fəaliyyətə başlayıb. Həmçinin Xocavənd rayonunun Hadrut qəsəbəsində FHN DYMX-nin yerli strukturunun xidməti təşkil olunub.

Bildirilib ki, hər iki məntəqə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş