FHN: Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində evlərin dağıntıları altından 17 yaralı və 5 meyit çıxarılıb

FHN: Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində evlərin dağıntıları altından 17 yaralı və 5 meyit çıxarılıb

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. Nəticədə, yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Azeri Defence saytına verilən məlumata görə, əraziyə cəlb olunmuş FHN-in müvafiq qüvvələri tərəfindən, ilkin məlumata əsasən, dağıntılar altından xəsarət almış 17 nəfər və 5 nəfərin meyiti çıxarılıb.

Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, FHN hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş