FHN-in əməkdaşları şəhid ailəsini ziyarət ediblər

FHN-in əməkdaşları şəhid ailəsini ziyarət ediblər

Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev və mərkəzin əməkdaşları Binə qəsəbəsində yaşayan, iki oğlu Vətən müharibəsində şəhid olmuş Məmmədovlar ailəsini ziyarət ediblər.

Bu barədə “Azeri Defence”ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətndən məlumat verilib.

Şəhid qardaşlar İman və Bəhrəm Rusiyanın Həştərxan vilayətində gəmiçilik ali məktəbində təhsil alıblar. Müharibə başlayan kimi könüllü döyüşə qoşularaq Füzuli, Cəbrayıl və Zəngilanın  kəndlərinin azad edilməsində iştirak ediblər. Lakin Xankəndi yaxınlığında gedən döyüşlərdə eyni anda xain düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb, adlarını Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıblar.

İdmançı şəhidlərimizin atası Elman Məmmədov  söhbət zamanı xatirələrindən, övladlarının həyat yolundan, müqəddəs amal uğrunda gedən müharibədəki döyüş qəhrəmanlığından, onların mehribanlığından, şəhid olmaq arzularından, komandir və yoldaşlarının onların qəhrəmanlığı, şücaəti barədə xatirələrindən danışıb.

FHN-in əməkdaşları ailəyə baş sağlığı verib, şəhidlərimizin daim Azərbaycan xalqının xatirəsində uca tutularaq heç zaman unudulmayacağını vurğulayıblar. Valideynlərə dərin ehtiramlarını bildiriblər.

Torpaqlarımız uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi olaraq qalacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş