FHN-in əməkdaşları Türkiyədə ərazilərin minalardan təmizlənməsi üzrə kursları bitiriblər

FHN-in əməkdaşları Türkiyədə ərazilərin minalardan təmizlənməsi üzrə kursları bitiriblər

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin 23 nəfərdən ibarət pirotexnik və istehkam qrupu Türkiyə Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Attaşeliyinin təşkilatçılığı ilə qardaş ölkədə Xüsusi Mina Axtarış və Təmizləmə kursunu müvəffəqiyyətlə bitirərək Azərbaycana qayıdıb.

Bu barədə “Poliqon”a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

2021-ci ilin 3-29 yanvar tarixlərində İzmir şəhərində İstehkam Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçirilən kurslarda iştirak edən FHN əməkdaşları ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi sahəsi üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər. Kursun yekununda şəxsi heyətə təlim-tədris prosesini bitirmələri barədə sertifikatlar təqdim olunub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş