FHN-in beynəlxalq əməliyyatlar dəstəsinin fəaliyyəti təkmilləşdirilir

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin beynəlxalq əməliyyatlar üçün nəzərdə tutulan xilasetmə dəstəsinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq qurumlarla məsləhətləşmələr aparılır. “AzeriDefence”nin məlumatına görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Nazir qeyd edib ki, bu dəstə beynəlxalq xilasetmə əməliyyatlarda iştirak etmək üçün ən müasir avadanlıqlarla, təyyarə və helikopterlərlə təchiz olunub. Bu dəstələr artıq bir sıra xarici ölkələrdə baş vermiş xilasetmə əməliyyatlarında iştirak edib. Müraciət daxil olduğu təqdirdə istənilən ölkə ərazisində baş verə biləcək istənilən növ fövqəladə hadisə ilə çevik mübarizə aparmaq üçün daim hazır vəziyyətdədir.

KATEQORIYA:
Bu xəbəri paylaş