FHN-in yaradılmasının 14-cü ildönümü münasibətilə iclas keçirilib

FHN-in yaradılmasının 14-cü ildönümü münasibətilə iclas keçirilib

Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü ildönümü və işçilərinin peşə bayramı münasibətilə nazirliyin inzibati binasında iclas keçirilib.

Bu barədə “AzeriDefence”yə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə, Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarını, sonra Şəhidlər xiyabanı ziyarət edib.

Sonra Fövqəladə Hallar Nazirliyinin inzibati binasında iclas keçirilib. İclasda çıxış edən nazir Kəmaləddin Heydərov şəxsi heyəti təbrik edərək uğurlar arzulayıb. K.Heydərov 2019-cu ilin ötən dövrü ərzində FHN-in fəaliyyəti barədə danışaraq, görülmüş işlər haqqında məlumat verib.

Daha sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla fəxri ad, orden və medallarla təltif olunmuş nazirliyin bir qrup əməkdaşına təltiflər təqdim olunub. İclasda xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında Fövqəladə Hallar nazirinin əmri barədə də məlumat verilib.

Sonda iclas iştirakçıları adından Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

 

 

 

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş