FHN-nin yeni aldığı bomba robotlarının təqdimatı keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kanadadan aldığı bomba robotlarının təqdimatı keçirilib. Bu barədə “AzeriDefence” FHN-nin saytına istinadən məlumat verib.Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova yeni robotların texniki-taktiki imkanları barədə məlumat verilib.

Nazir həmçinin Xüsusi Riskli Xilasetmə Xidmətinin yeni inzibati binası və idman zalının da açılışına qatılıb və burada yaradılmış şəraitlə tanış olub, xilasedicilər və kinoloqların təlimlərini izləyib.

Qeyd edək ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qaradağ rayonu ərazisindəki bir sıra obyektlərinin açılışı olub. İstifadəyə verilən obyektlər arasına FHN Aviasiya Dəstəsinin yeni qərargahı da olub.

Məlumat üçün bildirək ki, FHN-nn aldığı bomba robotları dünyada bu sahədə ixtisaslaşmış “Med-Eng” şirkəti tərəfindən istehsal olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş