FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir  

FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir  

Fövqəladə Hallar Nazirliyi koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Bu barədə “AzeriDefence”ə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mart ayının 28-dən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə dezinfeksiya tədbirləri yerinə yetirilir, mütəmadi olaraq müxtəlif məkanlarda görülən işlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.

KATEQORIYA:
Bu xəbəri paylaş