FHN “Xəzər-2015” komanda-qərargah təliminə hazırlaşır
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvəvə vasitələrinin iştirakı ilə “Xəzər-2015”komanda-qərargah təlimi keçiriləcək.
Bu barədə “AzeriDefence” FHN-nin saytına istinadən məlumat verib .
FHN-in yaradılmasının 10 illik yubileyi münasibətilə təşkil olunacaq təlim 2015-ci ilin noyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində keçiriləcək.
Hazırda göstərilən ərazidə, Şıxov çimərliyinin yaxınlığında təyyarə və helikopterlərdən də istifadə edilməklə təlimə hazırlıq məşqləri keçirilir.
KATEQORIYA: Müdafiə