FHN Xüsusi Riskli Xilasetmə Xidmətinə press-tur təşkil edilib – FOTOLAR

FHN Xüsusi Riskli Xilasetmə Xidmətinə press-tur təşkil edilib – FOTOLAR

Fevralın 2-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinə KİV nümayəndələri üçün press-tur təşkil olunub.

“AzeriDefence”nin məlumata görə, press-turun təşkil edilməsində məqsəd nazirliyin qəza-xilasetmə sahəsində mühüm qurumlarından olan Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) fəaliyyət istiqamətləri, maddi-texniki bazası, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinə hazırlıq səviyyəsi ilə tanışlıq olub.

Press-tur çərçivəsində mətbaut nümayəndələrinə Xüsusi Riskli Xilasetmə Xidmətinin iri miqyaslı fövqəladə hallar zamanı istifadə olunan qərərgah avtomobilləri, çevik xilasedicilərinin döyüş hazırlığı, çevik xilasetmə idarəsinin motosikletləri və xüsusi təyinatlı xilasetmə avtomobili, təcili tibbi yardım personalı və təcili tibbi yardım avtomobili, minalardan təmizləmə üzrə çevik qrupun şəxsi heyyətinin döyüş hazırlığı nümayiş etdirilib.

Habelə təchizatında olan texniki vasitələr, kimyəvi zəhərlənmələr zamanı deqazasiya duş kabinəsində zərərçəkmişlərin və xilasedicilərin zərərli maddələrdən təmizlənmsi prosesi, su hövzələrində əməliyyat həyata keçirən xüsusi riskli xilasetmə taporunun şəxsi heyətinin döyüş hazırlığı və istifadələrində olan avadanlıqlar, kinoloji taborun təlimatçı kinoloqlarının fəaliyyəti və xüsusi təlim keçmiş itləri nümayiş etdirilib. Bundan başqa xidmətin təlim meydançasında praktiki qəza-xilasetmə təlimi keçirilib.

Sonra XRXX-in rəisi general-mayor Şahmar Paşayev xidmətin fəaliyyəti və gördüyü işlər barədə ətraflı məlumat verib, sualları cavablandırıb. Dəyirmi masa ətrafında media nümayəndələri ilə əhalinin fövqəladə hallarla bağlı marifləndirilməsi və fövqəladə hallarda təhlükəsiz davranış qaydalarının aşılanması istiqamətində fikir mübadiləsi aparılıb. Sonda müxtəlif vaxtlarda FHN tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatlarını əks etdirən videoçarx nümayiş olunub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş