FHN yanğın olan silah-sursat anbarından fotolar yayımlayıb

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisindəki hərbi hissəsinin silah-sursat anbarında baş vermiş yanğının söndürülməsi davam etdirilir.

Bu barədə “AzeriDefence”yə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Yanğın baş verən ərazidə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvələri və müvafiq texnikaları fəailiyyət göstərir.

Ərazidə davam edən ayrı-ayrı yanğın ocaqlarının söndürülməsi üçün dəmiryolu xətti ilə 240 tonluq daşınan su çəni gətirilib. Eyni zamanda yanğınsöndürən avtomobillər və helikopter vasitəsilə də yanğının söndürülməsi işləri davam etdirilir.

FHN, DİN Daxili Qoşunları və ANAMA-nın canlı qüvvələri və müvafiq texnikaları tərəfindən ətrafa səpələnmiş sursatların yığılıb məhv edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş