Filippin İsraildən ATMOS-2000 haubitsaları alır

Filippin İsraildən ATMOS-2000 haubitsaları alır

Filippin Milli Müdafiə Nazirliyi İsrailin “Elbit Systems” şirkəti ilə 155 mm-lik “Soltam” ATMOS-2000 özüyeriyən haubitsanın tədarükünə dair müqavilə bağlayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Filippin Milli Müdafiə Nazirliyinin rəsmi sosial media hesabında bildirilib.

Müqavilə əsasında Filippin Silahlı Qüvvələri iki batareya ATMOS-2000  özüyeriyən haubitsa əldə edəcək.

ATMOS-2000 haubitsalarının 2022-ci ilin aprelinə qədər sifarişçiyə çatdırılması planlaşdırırlır.

ATMOS artilleriya sistemi ailəsinin yeni nəsli hesab edilən ATMOS 2000 6×6 təkər formuluna malik nəqliyyat vasitəsinin şassisi üzərində qurulub.

155 mm çaplı topla komplektləşdirilən ATMOS 2000 haubitsa ERFB/BB mərmiləri ilə 40 km-dən artıq məsafədəki hədəfləri məhv edir. Haubitsa iki yükləyici daxil olmaqla dörd və ya altı nəfərlik bir heyət tərəfindən idarə olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş