Filippin Türkiyənin T129 ATAK helikopterindən imtina edir?

Filippin Türkiyənin T129 ATAK helikopterindən imtina edir?

Filippinin Türkiyə müdafiə sənayesinin istehsalı olan T129 ATAK helikopterindən imtina etdiyi bildirilir.

“AzeriDefence” xəbər verir ki, bu barədə “C4 Defence” Filippin mediasına və açıq mənbələrə istinadən məlumat yayıb.

Filippinin ATAK helikopterindən imtina etməsinə səbəb kimi LHTEC CTS800 mühərriklərinin ixracat məsələsidə yaşanan problemləri göstərilir. Bundan başqa ATAK helikopterinin avionika sistemindəki bəzi komponentlər xaricdən idxal olunduğu üçün ATAK-ın xaricə satışına maneələr yaradır.

Hazırda Türkiyə və Filippin tərəfindən T129 ATAK helikopterindən imtina ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti cari ilin aprel ayında Filippinə “Boeing” şirkətinin AH-64E “Apache Guardian” və ya “Bell Helicopter” şirkətinin AH-1Z “Viper” döyüş helikopterlərinin satışına razılıq verib. (Həmçinin bax: ABŞ Hökuməti Filppinə “Apache” helikopterinin satışına razılıq verib)

 

KATEQORIYA:
Bu xəbəri paylaş