Fin Ordusu “Orbiter” PUA-ları alır

İsrailin “Aeronautics” şirkəti Finlandiyada taktik pilotsuz uçuş aparatlarının alınmasına dair elan edilmiş tenderi qazanıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “İsraeldefence” nəşri məlumat yayıb.

Məlumatda şirkətin Finlandiya Silahlı Qüvvələri üçün 30-45 taktik PUA çatdıracağı bildirilib. Razılaşmanın məcmu məbləği 20-30 mln. ABŞ dolları qiymətləndirilir.

Nəşrin məlumatına görə, “Aeronautics” şirkəti fin ordusuna “Orbiter” tipli PUA çatdıracaq.

Məlumatda qeyd olunub ki, Finlandiyanın elan etdiyi tenderdə 3 İsrail şirkəti – “Aeronautics”, “Elbit Systems” və “BlueBird” iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş