Finladiya Ordusunda sovet haubitsalarının yerini K9 “Thunder”lər əvəzləyəcək

 

Finladiya sovet istehsalı olan “Qvozdika” haubitsalarını Cənubi Koreyanın K9 “Thunder”lə əvəzləyir.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, Finladiya Müdafiə Nazirliyi bildirib ki, ordunun artilleriya bölmələrindən biri yeni haubitsa ilə təmin olunacaq. Artıq bununla bağlı Cənubi Koreyanın “Samsung Techwin” şirkəti ilə danışıqlar aparılıb.

İlkin razılaşmaya əsasən 2020-2030-cu illər ərzində Finladiya Silahlı Qüvvələrinin köhnə habutsaları yeniləri ilə əvəzlənəcək.

Məlumatda o da qeyd olunub ki, hazırda Finladiya Ordusunun silahlanmasında 74 ədəd sovet istehsalı olan “Qvozdika” haubitsaları var.

Alınacaq yeni haubitsaların sayı haqda isə məlumat verilmir.

Qeyd edək ki, 155 mm-lik özüyeriyən K9 “Thunder” habutsası 1989-cu ildən “Samsung Techwin” şirkəti tərəfindən istifadə olunur. Haubitsa adı mərmi ilə 40 km məsafədə, ağıllı “Excalibur” mərmiləri ilə isə 50 km məsafədə hədəfi məhv edə bilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş