Finlandiya minaların ləğvinə razılıq verdi

Finlandiya “Piyadalar əleyhinə minaların qadağan olunmasına dair Konvensiya”ya qoşulub. Yanvarın 9-da BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında bununla bağlı sənədi imzalayan Finlandiya rəsmən Konvensiyaya qoşulmuş 159-cu dövlət oldu.

Finlandiya bununla bağlı niyyətini 2011-ci ilin noyabrında Kamboocada piyadalar əleyhinə minaların qadağan olunmasına dair Konvensiya çərçivəəsində keçirilmiş Konfransda bəyan edib.

Konvensiyaya əsasən Finlandiya yaxın 4 il ərzində arsenalındakı 1 milyondan çox piyadalar əleyhinə minanı məhv edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş