Finlandiya müdafiə sənayesi kompleksindən yeni zirehli maşın – FOTO

Finlandiya müdafiə sənayesi kompleksi yeni zirehli maşının təqdimatını edib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, PMPV (Рrotected Мulti-Рurpose Vehicle) 6×6 zirehli maşını “Protolab Oy” şirkəti tərəfindən istehsal edib.

Maşının əsas üstünlüklərindən biri odur ki, texnikanın mina partlayışlarına qarşı müdafiə sistemi sələflərindən daha yüksək şəkildə formalaşdırılıb.

Maşının ilkin hazırlanması 2009-cu ildə yekunlaşıb. Bundan sonra təkmilləşdirmə işləri davam etdirilib.

Artıq maşın sınaq testlərini də yekunlaşdırıb.

2016-cı ilin mayından başlayaraq isə maşının seriyalı istehsalına başlanılacağı söylənilib.

Çəkisi 14 ton olan maşın 6,7 litr həcmində dizel mühərriklə təchiz olunub. Texnikanın yürüş gücü isə 285 at gücüdür. Trasda  110 km/saatda, suda isə 10-12 km_saatda hərəkət edə bilir.

2

3

4

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş