Finlandiya Ordusu “Sisu GTP” maşınları sifariş edib

Finlandiya Ordusu “Sisu GTP” maşınları sifariş edib

Finlandiya Silahlı Qüvvələri yerli “Sisu Auto” şirkətinə “Sisu GTP” taktiki nəqliyyat vasitələri sifariş edib.

Bu barədə “AzeriDefence” “Sisu Auto” şirkətinə istinadən məlumat verib.

Müqavilənin dəyəri 3.8 milyon avro təşkil edir. Müqavilə çərçivəsində “Sisu Auto” şirkəti Finlandiya Silahlı Qüvvələrinə sınaq məqsədi ilə 6 ədəd 4×4 təkər formuluna malik “Sisu GTP” taktiki maşın tədarük edəcək. Nəqliyyat vasitələrinin 2021-ci il ərzində sifarişçiyə çatdırılması planlaşdırılır.

“Sisu GTP” maşını 300 at gücünə malik “Mercedes-Benz” OM926 mühərriki və “Allison” avtomatik transmissiyası ilə təchiz olunub. Çoxməqsədli əməliyyatlar üçün istifadəsi nəzərdə tutulan “Sisu GTP” yüksək manevr imkanlarına malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş