Finlandiya Ordusu yeni K22 snayper tüfəngləri alacaq

Finlandiya Ordusu yeni K22 snayper tüfəngləri alacaq

Finlandiya Müdafiə Nazirliyi ilə yerli “Sako Oy” silah şirkəti arasında memorandum imzalanıb.

Bu barədə “AzeriDefence” “Armyrecognition”a istinadən məlumat verib.

Sazişə əsasən “Sako Oy” şirkəti Finlandiya Müdafiə Qüvvələrini yeni istehsal edəcəyi K22 snayper tüfəngləri ilə təchiz edəcək.

K22 snayper tüfəngləri Finlandiya Ordusunun silahlanmasında yer alan 7.62 mm çaplı TKIV 85 snayper tüfəngini əvəz edəcək.

Qeyd edək ki, hazırda K22 tüfənginin iki konfiqurasiyası mövcuddur.

KATEQORIYA:
Bu xəbəri paylaş