Finlandiyanın ardınca Estoniya da K9 haubitsalarını seçdi – FOTO

Estoniya da qonşusu Finlandiyanın Cənubi Koreyadan K9 haubitsalarının silahlanmaya qəbul olunması proqramını təsdiqləyib.

“AzeriDefence”nin məlumatına görə, hər iki dövlət 155 mm-lik K9 “Thunder” özüyeriyən haubitsalarının birgə alınmasına başlayacaqlarını bəyan ediblər.

Razılaşdırılan plana əsasən, K9-ların Estoniyaya təhvilinə 2021-ci ildən başlanılacaq. Estoniya 12 ədəd K9 almağı planlaşdırır.

Finlandiya isə ilk partiyanı 2016-cı ildə alıb. Satınalma prosesi yaxın 10 il ərzində davam edəcək.

Xatırladaq ki, K9-un çəkisi 47 t, uzunluğu 12 m, eni 3,4 m, hündürlüyü 2,73 m, ekipajı 5 nəfər, atəş məsafəsi 30-56 km, lüləsinin uzunluğu 155 mm, üzərindəki pulemyot isə 12,7 mm-lik HMG-dir. Maşının mühərriki MTU MT 881 Ka-500 8 silindirlidir və   1000 at gücüdür.

K9 “Thunder”in ilk satışı Türkiyəyə həyata keçirilib. 2004-cü ildə Türkiyə Silahlı Qüvvələri ilk K9-u silahlanmaya qəbul edib.

Hazırda Cənubi Koreyanın silahlanmasında 300-ə yaxın K9 mövcuddur. 2016-cı ildə qəbul olunan qərara görə, K9-un sayı 1136-ya çatdırılmalıdır. Bundan başqa ordunun silahlanmasında 179 ədəd K10-da yer alıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş