FN Herstalın SCAR ailəsindən yeni tüfəng

FN Herstal şirkəti yüksək dəqiqliyə malik FN SCAR-H PR tüfəngini nümayişə çıxarır. “AzeriDefence”nin məlumatına görə, yeni silah iyunun 11-dən 15–dək Parisdə EUROSATORY-2012 müdafiə sərgisində nümayiş etdiriləcək.

FN SCAR-H TPR tüfənginin əsas fərqi snayper stilində qatlanmayan qundağıdır. Silahın qundağının istifadəçinin bədən quruluşuna müvafiq olaraq uzunluq və hündürlüyünü idarə etmək olar. Qundaq əlavə dayaq üçün MIL-STD 1913 Picatinny ilə təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş