FNH Kanadadan ARGO maşınları alıb

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Kanadadan yüksək keçicilik qabiliyyətinə malik 8 ədəd ARGO maşını alıb.

Bu barədə “AzeriDefence”yə ARGO şirkətindən məlumat verilib.

Yüngül çəkili, 6×6 və 8×8 konfiqurasiyalı bu maşınlar hər cür hava və relyef şəraitində xilasetmə, yüklərin çatrıdılmasında istifadə oluna bilir. Qarlı havalarda bu maşınların təkərinin üzərinə rezin palet çəkərək paletli versiyaya çevirmək mümkündür. Maşın heç bir əlavə avadanlıq quraşdırılmadan kiçik dərinlikli su hövzələrində üzməyi bacarır.

KATEQORIYA:
Bu xəbəri paylaş