FNSS-in döyüş maşınlarında heyət minadan “Convoy Deck”lə qorunacaq

Türkiyədə zirehli döyüş maşınlarının aparıcı istehsalçılarından olan FNSS şirkəti Amerikanın “Skydex Teshnology” şirkəti ilə “Convoy Deck” qoruyucularının alınmasına dair müqavilə imzalayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, FNSS-in apardığı testlərdə zirehli nəqliyyat vasitələrindəki heyətin mina və əldə düzəltmə partlayıcılardan yaralanma ehtimalının “Convoy Deck” vasitəsi ilə böyük ölçüdə azaldığı sübuta yetirilib.

Testlərdə mina partlayışlarında yüksək təsirə məruz qalan nəqliyyat vasitəsində qıçların alt hissəsinin zədələnməsi ehtimalı ciddi şəkildə azalıb.

Qeyd edək ki, bu günədək ABŞ ordusunda 17 min zirehli nəqliyyat vasitəsi “Convoy Deck” ilə təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş