FNSS-in “Saber-25” qülləsi testlərdən keçdi

Türkiyənin FNSS şirkəti təkərli və tırtıllı döyüş maşınlarının silahlandırılması üçün hazırladığı “Saber-25” silah qülləsinin kalifikasiyasını və atış testlərini tamamlayıb.
“AzeriDefence”nin xəbərinə görə, bu barədə FNSS şirkəti məlumat yayıb.

Qüllənin dizaynına 2013-cü ilin noyabr ayında TÜBİTAK-ın dəstəyi ilə başlanıb. Bir heyətli “Saber-25” qülləsi FNSS “Pars” 8×8 nəqliyyat vasitəsinə inteqrasiya olunub. Testlər zaman qüllədəki silahlarla 600 və 1500 m məsafədəki hədəflərə gerçəkləşdilimiş hərəkətli və sabit atışlarda hədəflər yüksək dəqiqliklə vurulub.

“Saber-25” qülləsinin əsas silahı 25 mm çaplı iki istiqamətdən sursatla qidalanan M242 avtomatik topudur. Topun döyüş ehtiyatı 150-si normal, 90-ı zirehdələn olmaqla 240 mərmi, atış tempi dəqiqədə 200 atışdır. Bundan başqa, qüllənin silahlanmasında 600 sursat ehtiyatına malik 1 ədəd 7.62 mm-lik pulemyot, 6 ədəd standart 76 mm və ya 80 mm-lik tüstü qumbaras yer alır. Qüllə 8-12 μm və ya 3-5 μm soyutmalı termal kamera, böyük uzaqlığa malik optik nişangah və 8 min metr uzaqlığa malik lazer məsafəölçənə sahibdir.

Kompozit və polad zirehə malik qüllənin döyüş ağırlığı 1800 kq, balistik müdafiəsi STANAG 4569 Level 4-dür. Elektrik idarəetməli, iki bucaqlı sabitləşdirilmiş “Saber-25” 360 dərəcə üfiqi bucaq, -8, _48 dərəcə şaquli bucaq altında atəş açmaq imkanına mailikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş