FNSS “Kaplan” və “Pars” zirehli maşınların seriyalı istehsalına başlayıb

FNSS “Kaplan” və “Pars” zirehli maşınların seriyalı istehsalına başlayıb

Türkiyənin FNSS şirkəti “Kaplan-STA” və “Pars-STA” tanklarla mübarizə maşınlarının seriyalı istehsalına başlayıb.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Sənaye Komitəsinin (SSB) sosial media hesabında deyilib.

Bildirilib ki, Silah Daşıyıcı Maşınlar – STA layihəsi çərçivəsində ilk zirehli maşınlar sifarişçiyə təhvil verilib.

STM və FNSS şirkəti arasında imzalanmış müqavilə çərçivəsində 2021-ci ilədək tırtıllı və təkərli konfiqurasiyada 260 ədəd tanklarla mübarizə maşının tədarükü planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş