FNSS Türk Ordusu üçün PARS 6×6 maşınlarının istehsalına başlayıb

Müdafiə Sənayesi Komitəsinin (SSB) tərəfindən Türkiyə Silahlı Qüvvələri üçün elan edilən layihə çərçivəsində FNSS şirkəti tərəfindən yaradılmış PARS 6×6 minaya qarşı qorumalı nəqliyyat vasitəsinin yığımına başlanıb.

Azeri Defence saytının bildirdiyinə görə, bu barədə SSB sosial media hesabında məlumat yayıb.

Mərasimdə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir, habelə Müdafiə Nazirliyi, Silahlı Qüvvələr və Təhlükəsizlik Baş İdarəsinin rəsmiləri iştirak ediblər.

İsmail Dəmir özünün sosial media hesabında PARS 6×6 zirehli nəqliyyat vasitəsini təsvir edərək “Dünyada ilk olacaq xüsusiyyətlərə sahib PARS 6×6 minaya qarşı qorumalı nəqliyyat vasitəmizi 2021-ci ildə Türkiyə Silahlı Qüvvələrinə təhvil verəcəyik. Maşınımızın qoruma səviyyəsi çox yüksəkdir” yazıb.

“Artıq başqa ölkələrin barmaq yelləmələrinə baxmırıq. Hər hansı məhdudiyyətləri və maneələri yerli istehsalla aşaraq yolumuza davam edirik”, – deyə Dəmir vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş