“Forecast International”: 2018-ci ildə Azərbaycan və Ermənistan müdafiə xərclərini artırmaq niyyətindədir

2018-ci ildə Azərbaycan və Ermənistanın müdafiə xərclərini artırmaq niyyətindədir.

“AzeriDefence” Rusiya hökumətinə bağlı olan “vpk.name” (Hərbi sənaye komplerksi) xəbər portalına istinadən xəbər verir ki, bu haqda “Forecast International” təşkilatı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Milli Məclisinə ötən həftə 2018-ci ilin dövlət büdcəsinin layihəsi təqdim edilib. Gözlənilir ki, müdafiə və təhlükəsizliklə bağlı ümumi xərclər 2.8 milyard manat (1.6 milyard ABŞ dolları) təşkil edəcək. Bu məbləğdən də 1.4 milyard manat (800 milyon ABŞ dolları) müdafiə xərclərinə ayrılacaq.

“Forecast International” təşkilatının məlumatına görə, Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib ki, ölkənin müdafiə büdcəsi yeni hərbi texnikanın alınması üçün artırılacaq. Gələn il üçün Ermənistan 247 milyard dram (512 milyon ABŞ dolları) müdafiə xərclərini artıracaq.

Bundan başqa Rusiyadan 100 milyon ABŞ dolları dəyərində kredit alınması tərəflər arasında razılaşdırılıb. Qeyd olunub ki, Rusiya və Ermənistan hökumətləri arasında 2015-ci ilin iyun ayının 26-da imzalanmış, Ermənistana dövlət ixrac kreditinin təqdim edilməsinə dair razılaşmaya görə Rusiya tərəfi Ermənistana Rusiyada istehsal edilən silahların və hərbi texnikanın alınması üçün 200 milyon dollar məbləğində kredit təqdim edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş