Fövqəladə Hallar Nazirliyi abituriyentlər üçün toplanış elan edib

Fövqəladə Hallar Nazirliyi abituriyentlər üçün toplanış elan edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına qəbul olan və qeydiyyatdan keçən abituriyentlər üçün toplanış elan olunub.

Azəri Defence saytı xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin sosial media hesabında məlumat yayılıb.

Toplanış sentyabrın 27-də saat 10:00-da Hövsan qəsəbəsi, FHN Akademiyasında olacaq.

Kursantlara özləri ilə aşağıdakıları gətirmələri tövsiyyə olunur:

Şəxsiyyət vəsiqəsi;

Sürücülük vəsiqəsi (əgər varsa);

Şəxsi gigiyena vasitələri (əl-üz dəsmalı, sabun, diş fırçası və pastası, üzqırxma ləvazimatları, daraq, cib dəsmalı, qayçı);

Idman kostyumu və ayaqqabısı, otaq və duş üçün başmaqlar;

Boyunluq altına tikilməsi üçün ağ pambıq parça – 1,5 м2, tikiş iynələri, saplar (ağ, qara, göy, xaki rənglərdə);

Pambıq parçadan qara rəngdə corab (azı 3 cüt);

Paltar və ayaqqabı təmizləmək üçün şotkalar, qara rəngdə ayaqqabı kremi;

Qol saatı, kompas;

Ümumi dəftərlər dama-dama (10 ədəd), şagird dəftərləri dama-dama (10 ədəd).

Yazı ləvazimatları (göy rəngdə yazan diyircəkli qələmlər, qara və rəngli karandaşlar, pozan, transportir, xətkeş, kley, zabit xətkeşi, papka).

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş