Fövqəladə hallar naziri Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı ilə görüşüb

Azərbaycan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Muhammad Zakaullahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“AzeriDefence” FHN-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir Kəmaləddin Heydərov qonaqları salamlayaraq, Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. O, rəhbərlik etdiyi nazirliyin dost Pakistanın müvafiq qurumları ilə əməkdaşlığının daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullah səmimi görüşə görə təşəkkürünü bildirib, Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə olunması və Əməliyyat zallarının fəaliyyəti ilə tanış olublar.

KATEQORIYA:
Bu xəbəri paylaş