Əfqanıstan səfiri ANAMA-da olub

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov Əfqanıstanın Azərbaycandakı səfiri Muhammad Shaker Kargarla görüşüb. Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ikitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan Hökuməti tərəfindən Əfqanıstana gələcəkdə göstəriləcək yardımlar müzakirə olunub. ANAMA-nın iştirakı ilə Əfqanıstan ərazisinin minalardan təmizlənməsi məsələsinə də toxunulub. ANAMA ilə minatəmizləmə fəaliyyətinin bütün aspektləri üzrə daha da geniş həyata keçiriləcək gələcək planlara dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ANAMA 2008-ci ildən etibarən Azərbaycan Hökumətinin tapşırığına əsasən Əfqanıstana qeyri-hərbi sahədə yardım Layihəsi çərçivəsində Mina Təhlükəsinə dair Maarifləndirmə və Əfqanıstanda Milli Mina Potensialının yaradılması və inkişaf etdirilməsi sahəsi üzrə yardım göstərir.

KATEQORIYA:
Bu xəbəri paylaş